Repçi keçmiş arvadına 100 milyon dollar ödəyəcək

23:28 29.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı məşhur repçi Dr. Dre 24 illik keçmiş həyat yoldaşı Nikol Yanqa 100 milyon dollar ödəyəcək.

 

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Nikol məbləğin yarı hissəsini bu il, 50 milyon dolları isə 2022-cil ildə alacaq. Bundan əlavə, ailəyə məxsus olan 10 avtomobildən 4-ü repçinin keçmiş arvadına veriləcək.

Qeyd edək ki, cütlüyün bu nikahdan 2 övladı var. Nikolun ərindən xəyanətə görə boşandığı deyilir.