Reperin idman ayaqqabısı hərracda rekord qiymətə satılıb

17:27 02.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Amerikalı reper Kanye Uestin idman ayaqqabısı hərracda rekord məbləğə - 1,8 milyon dollara satılıb. İdman ayaqqabısı aprelin 21-26-da Honkonqda keçirilən hərracda nadir kolleksiya ayaqqabılarının alış-satışı ilə məşğul olan “Rares” kompaniyası tərəfindən alınıb.

Hafta.az xəbər verir ki, bu barədə “Sotheby's” satış evinin “Twitter” səhifəsində məlumat yayılıb.

2008-ci ildə Kanye Uestin “Nike” kompaniyası ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir cüt “Nike Air Yeezy 1” idman ayaqqabısı reperin əsasını qoyduğu və kolleksiyaçılar arasında indiyə qədər də yüksək qiymətləndirilən “Yeezy” markasının başlanğıcı olub. 2015-ci ildən “Yeezy” markası “Adidas” kompaniyası tərəfindən istehsal edilir.

Reper ilk dəfə bu ayaqqabı ilə 2008-ci ildə “Grammy” mükafatının təqdimetmə mərasimində səhnəyə çıxıb.