Rihanna Amerikanın ən gənc milyarderi oldu

22:26 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

34 yaşlı Barbadoslu müğənni Rihanna Amerikanın ən gənc milyarderi olub.

 

Hafta.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb. 

Bildirilib ki, sənətçi musiqi, moda və gözəllik biznesindən 1,4 milyard dollar qazanıb.

O, bununla siyahıya liderlik edən Kim Kardaşyanı taxtından endirib.

Qeyd edək ki, Rihannanın mayda repçi nişanlısı Eysap Rokidən (Rakim Mayers) oğlu dünyaya gəlib.

 

Oxunma sayı 576