Yazını böyüt
Yazını kiçilt
Fevralın 3-də “Əl-Nəsr” klubu fevralın 2-də Səudiyyə Ərəbistanı Pro Liqasının 20-ci turunda “Ər-Riyad”la oyunda (0:1) iştirak etməyən oyunçular üçün məşq keçirib.
Hafta.az bildirir ki, jurnalist Əbdüləziz Əl-Osseiminin X sosial media səhifəsində verdiyi məlumata görə, matçda oynamayan Kriştianu Ronaldu məşqdə də iştirak etməyib.
Daha əvvəl KİV-lər 40 yaşlı hücumçunun “Əl-Nəsr”də narazı olduğunu, Avropa və MLS-də seçimləri nəzərdən keçirdiyini bildirmişdi.
Qeyd edək ki, 2023-cü ildən “Əl-Nəsr”də oynayan Ronaldunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.