Yazını böyüt
Yazını kiçilt
"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu rəhbərlikdən Ər-Riyad təmsilçisində sabitliyin bərpasına yönəlmiş tədbirlər çərçivəsində əvvəlki idarəetmə səhvlərinin aradan qaldırılacağına dair təminat alıb. Bu barədə "Arriyadiyah" nəşri yazıb.
Hafta.az xəbər verir ki, yaxın günlərdə "Ən-Nəsr" klubun əməkdaşlarına olan borclarını tam şəkildə ödəyəcək. Eyni zamanda inzibati strukturda genişmiqyaslı dəyişikliklərin aparılması gözlənilir.
Bu dəyişikliklər çərçivəsində klubun Direktorlar Şurasının sədri Abdulla Əl-Macedin istefası da istisna edilmir.
Bundan əlavə, "Ən-Nəsr" dekabr ayında səlahiyyətlərindən məhrum edilmiş direktorlar Joze Semedu və Simau Koutinyonun səlahiyyətlərini bərpa etməyi planlaşdırır.