Yazını böyüt
Yazını kiçilt
Rusiyanın avtomobil distribütorları anbarlarındakı son BMW, “Land Rover”, “Volvo”, “Jaguar”, “Cadillac” və “Chevrolet” markalı avtomobillərin satıldığını açıqlayıblar. Sözügedən brendlər Rusiya bazarından çıxarılandan bəri rəsmi yollarla yeni idxal edilməyib.
Hafta.az-ın yazdığına görə, bununla belə, paralel idxalla ölkəyə daxil olan brendlərin satışı davam edir. Avtomobil distribyutoru Avilon, “Mercedes-Benz” və “Audi” bazardan çəkilməmişdən əvvəl idxal edilən bir sıra avtomobillərin satışının davam etdiyini açıqlayıb.
Məsələ ilə bağlı “Gazeta.ru” yazır ki, “Volkswagen Tiguan” markalı 2 avtomobil qalıb. Hələ də mövcud olan digər modellər “Hyundai Tscson”, “Palisade” və “Santa Fe”dir.