Rusiya heç olmasa özünün imzasına hörmət etməlidir - Ekspert

11:27 04.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qarabağda atəşkəsin pozulması erməni silahlılarının özbaşınalığı və Rusiya sülhməramlılarının onları tətikləməsi, cinayətlərinə göz yumması ilə bağlı yaranıb.

Bu fikirləri hafta.az-a hərbi ekspert Emin Həsənli bildirib:

“Allah Şəhidimizə rəhmət eləsin. O, canını Azərbaycanın bütövlüyü uğrunda  qurban verib. Şəhidimizin qisası alınmalıdır”.

E.Həsənli bildirir ki, bu gün ermənilər götürdüyü öhdəlikləri yerinə yetirmir, Rusiya  sülhməramlıları da bunlara qarşı konkret ölçü götürmür. 

“Azərbaycan Ordusuna atəş açanlar həbs edilməli, Azərbaycan hüquq -mühafizə orqanlarına təhvil verilməlidir.  Bu, qəbuledlməz faktdır. Cinayət törədənlər cəzalanmalıdirlar. Azərbaycan xalqının səbri bu cinayətlərə sonuna qədər dözməyəcək. 

“Ermənistan kapitulyasiyaya imza atsa da, sülh danışıqlarının bağlanması və üçtərəfli sazişin icra edilməsi istiqamətində aparılan danışıqlar, hələ ki, heç bir nəticə vermir. Brüsseldə, Moskvada bir neçə görüş keçirildi, üçtərəfli bəyanat imzalandı. Ermənilər heç bir bəyanata əməl etmirlər. Erməni silahlı qüvvələri qeyri-qanuni fəaliyyət göstərir, cinayət törədirlər. Azərbaycanın buna cavabı sərt olacaq. Bu dəfə daha ağır cəza olacaq. Ermənistan, onun havadarları bunu nəzərə almalıdır. Rusiya üçtərəfli sazişə əməl etməlidir və dünyaya da göstərməlidir ki, haradasa sülhün bərqərar olmasına dəstək verir. Rusiya heç olmasa özünün imzasına hörmət etməli, bu cür halların baş verməsinə qarşı çıxmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər