Rusiya milyonçularının ƏN ZƏNGİN VARİSLƏRİ

12:27 01.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Forbes” jurnalının Rusiya nəşri ölkənin ən zəngin varislərinin siyahısını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, siyahının başında “Lukoyl”un yaradıcısı Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov qərarlaşıb. Ələkbərovun yeganə övladı olan Yusifə 20,5 milyard dollar miras alacaq.

İkinci yerdə “Evrohim”in yaradıcısı Andrey Melniçenkonun övladları qərarlaşıb. Melniçenkonun övladlarına 12,6 milyard dollar miras qalacaq. Siyahıda ilk üçlüyü tamamlayan “Sibur” və “Novatek”in ortağı Leonid Mixelsonun oğlu və qızının hər birinə 10,8 milyard dollar miras qalacağı gözlənilir.

“Forbes”in siyahısında ilk onluqda sıralama aşağıdakı kimidir: 3. NLMK sahibi Vladimir Lisinin uşaqları. Hər bir uşağa düşən miras 7,35 milyard dollar. 4. UGMK-nın təsisçisi İsgəndər Mahmudovun oğlu - 7,3 milyard dollar. 5. “Novatek” və “Sibur”un ortağı Gennadi Timçenkonun uşaqları, hər biri 6,2 milyard dollar. 6. “Telegram”ın yaradıcısı Pavel Durovun oğlu və qızı, hər biri 5,75 milyard dollar. 7. MMK səhmdarı Viktor Raşnikovun qızları, hər biri 5,1 milyard dollar. 8. “Fosarqo”nun yaradıcısı Andrey Quryevin övladları, hər biri 4,85 milyard dollar. 9. UGMK-nın keçmiş baş direktoru Andrey Kozitsinin qızı, 4,3 milyard dollar. 10. Süleyman Kərimovun övladları, hər biri 3,5 milyard dollar.