Rusiya sülhməramlıları bu məsələdə dünyanın ən yaxşılarıdır - RUSİYA XİN

14:24 11.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskva Qarabağdakı rus sülhməramlılarına qarşı tənqidi bəyanatları əsassız hesab edir. Hafta.az xəbər verir ki, bunu Moskvada keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib. Paşinyan Qarabağdakı son hadisələrə toxunaraq, bunların Rusiya sülhməramlılarının razılığı ilə baş verdiyini qeyd edib.

Diplomat vurğulayıb ki, Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərir. Həm Azərbaycan, həm də Ermənistan tərəfləri Rusiya hərbçilərinin Qarabağda mühüm rol oynadığını dəfələrlə qeyd ediblər.

“Biz sülhməramlıların ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Əlavə təfərrüatlar üçün Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı təklif edəcəklər”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Bununla da Moskva rus sülhməramlılarının dünyada "ən yaxşı" olduğunu iddia edib.

Siyasət rubrikasından digər xəbərlər