Rusiya-Ukrayna müharibəsi: əsgərlərə nə qədər maaş verilir?

09:15 06.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna əlavə mükafatlar alacaq hərbi qulluqçuların siyahısını genişləndirib. İki gün əvvəl Rusiya əsgər və zabitlərin maaşlarını 10,5 faiz artırıb.

Hafta.az-ın yazdığına görə, “Novıye İzvestiya” portalı bu mövzuda “Rubla qarşı qrivna” başlıqlı məqalə dərc edib.

Bəs kim öz əsgərlərinə nə qədər ödəyir? Portalın tərtib etdiyi rəqəmlər belədir:

Ukrayna hava hücumundan müdafiə sistemi və artilleriya bölmələrinin, birbaşa cəbhədə işləməyən pilotsuz təyyarə operatorlarının maaşlarından əlavə, 100 min qrivna və ya ayda 274 min rubl (2700 dollar) ödəyəcək. Minatəmizləmə fəaliyyətlərində iştirak edən personalın əlavə əməkaqqı da 100 min qrivenə qədər artırılıb.

Arxa cəbhədə xidmət edən əsgərlərin alacağı əlavə əməkhaqqı 50 min qrivnadır (1365 dollar). Cəbhədə xidmət edən əsgərlər 100 min qrivna əlavə maaş alırlar.

Rusiyada ordu ilə müqavilə bağlayan şəxsi heyətə maaşlarından əlavə 195 min rubl (1950 dollar) birdəfəlik ödəniş verilir.

Müharibədə iştirak edən sıravi əsgərlərin aldığı maaş 204 min rubl (2032 dollar) təşkil edir. Ukrayna ordusunda bu məbləğ 120866 qrivna, yəni 341616 rubl və ya 3300 dollardır.

Rusiya əsgərləri də müharibə zonasında keçirdikləri hər gün üçün 8 min rubl əlavə maaş alırlar. 1 kilometr irəliləyən bölmələrdəki hər bir əsgərə əlavə 50 min rubl ödənilir.

Siyasət rubrikasından digər xəbərlər