Rusiya-Ukrayna müharibəsidə 23 min insan itkin düşüb

09:44 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Rusiyanın Ukraynaya qarşı amansız müharibəyə başladığı iki il ərzində itkin düşənlərlə bağlı yazılı açıqlama verib.

Hafta.az-ın yazdığına görə, açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu siyahıya əsirlər, öldürülənlər və ya evlərini tərk edənlər daxil ola bilər.

Açıqlamada itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı bildirilib.

BQXK-nın Mərkəzi Monitorinq Agentliyi Bürosunun rəhbəri Dusan Vucasanin qeyd edib ki, ailələrin itkin düşən qohumlarının başına gələnləri bilmək hüququ var.

Vucasanin minlərlə itkin düşmüş insanların ailələri ilə ünsiyyət qurmalarına kömək etdiklərini bildirib.