Rusiya Ukraynada daha bir GENERALINI İTİRDİ

11:53 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynada daha bir generalını itirib.

Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş Berdyansk bölgəsində rusiyalı general-leytenant Oleq Tsokov öldürülüb.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko öz teleqram kanalında bildirib.

“Bu gün Berdyansk vilayətində rusiyalı general-leytenant Oleq Yuryeviç Tsokovun məhv edildiyi bildirilir”, o yazıb.

Andryuşşenkonun sözlərinə görə, 2022-ci ilin sentyabrında Tsokov artıq yaralanıb, lakin o, sağ qalıb. Lakin bu dəfə şans onun tərəfində olmayıb.