Rusiyada COVID-19-a yoluxmada yeni antirekord qeydə alınıb

14:10 05.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ötən gün 28 782 koronavirus xəstəsi aşkar edilib.

Hafta.az xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 431 731 nəfərə çatıb.

Bir gündə 27 644 nəfər sağalıb, 508 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1916 396 xəstə sağalıb, 42 684 nəfər ölüb.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 7993 nəfər artıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdədir.