“Forbes” jurnalının Rusiya nəşri ölkədə biznes fəaliyyətini davam etdirən 50 ən böyük xarici şirkətin adını açıqlayıb. Birinci yerdə 2022-ci ildə 530 milyard rubl və ya 5,3 milyard dollar gəlir əldə edən Fransanın Leroy Merlin şirkətidir.
Hafta.az-ın yazdığına görə, 5 türk şirkəti də ən böyüklər arasında öz yerini tapıb. Bunlar 22-ci yerdə qərarlaşan “Ant Yapı” (2022-ci ildə gəliri 98,7 milyard rubl), 23-cü pillədəki AB InBev Efes (97,5 milyard rubl), 41-ci yerdə olan Rönesans Holding (62,9 milyard rubl), 45-ci pillədə qərarlaşan Hayat Holdinq - Kastamonu Entegre (49,7 milyard rubl) və 50-ci pilləni tutan Arçelik-dir (48,2 milyard rubl).
Leroy Merlindən sonra ilk beşlikdə Yaponiyadan JT Group, ABŞ-dan Philio Morris International, ABŞ-dan PepsiCo və Fransadan Auchan şirkətləri yer alıb.
Ötən il siyahının başında olan Volkswagen Qrupu müharibəyə cavab olaraq Rusiya bazarını tərk edib. Builki qalib Leroy Merlin də bazarı tərk etməyi planlaşdırır.
Rusiyanı tərk etdikləri üçün bu il siyahıda olmayan şirkətlər arasında Renault, Apple, Toyota Motor və Samsung Electronics var.