Rusiyadan Paşinyana istefa çağırışı

10:59 06.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kalininqrad vilayətinin erməniləri Ermənistanda Rusiya əleyhinə hücumları dayandırmağı tələb ediblər.

Hafta.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Kalininqrad vilayətinin erməni diasporunun üzvləri müraciətlə çıxış edərək, eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın təcili istefası məsələsini də qaldırıblar.