Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırılıb

20:37 07.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın BMT-nin İnsan Haqları Şurasındakı üzvlüyü dayandırılıb.

APA-nın “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyası qətnamə qəbul edib.

Qətnamənin lehinə 93 dövlət, əleyhinə isə 24 dövlət səs verib. 58 dövlət isə bitərəf qalıb.

Qətnamə layihəsini bir sıra Qərb ölkələri, o cümlədən ABŞ, Ukrayna və Latviya hazırlayıb.