Rusiyada aparılan bir araşdırma göstərib ki, bu gün ölkədə çalışanların 58 faizi təqaüdə çıxandan sonra işləməyə davam etməyi planlaşdırır.
Hafta.az-ın yazdığına görə, bu insanların yüzdə 46-sı təqaüdə çıxanda maddi imkansızlıq səbəbindən işləmək məcburiyyətində qalacaqlarını düşündüklərini bildirib. Yüzdə 7-si isə işsiz qalmağı sevmədikləri üçün təqaüdə çıxsalar da, işləyəcəklərini deyib.
Sorğu iştirakçılarının 5 faizi işindən həzz aldığı üçün təqaüdə çıxmağı planlaşdırmadıqlarını bildirib. Respondentlərin yalnız 15 faizi təqaüdə çıxandan sonra da işləmək istədiklərini, lakin səhhətində yaranan problemlərə görə işləyə bilməyəcəyini düşünürlər.
Digər tərəfdən, ölkədə aparılan pensiya islahatı ilə əlaqədar olaraq 2025-ci ilə qədər işləyən pensiyaçıların sayının bugünkü 7,9 milyondan 5,6 milyon nəfərə qədər azalacağı təxmin edilir.