Russell Krounun yeni filmi kassada uğursuz oldu

11:17 19.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur aktyor Russell Krounun baş rolda oynadığı “Land of Bad” döyüş filmi son dərəcə zəif kassa performansı göstərib.

Hafta.az-ın yazdığına görə, ABŞ-da mindən çox kinoteatrda nümayiş etdirilən filmdə Oskar mükafatlı aktyor, Layam Hemsvortun canlandırdığı Playboy ləqəbli Hərbi Hava Qüvvələri zabiti Kinniyə təcili xilasetmə missiyasına rəhbərlik etmək tapşırılan dron pilotu Qrimm rolunu oynayır.

“Underwater” filmi ilə tanınan Uilyam Eubankın rejissorluq etdiyi və ssenari müəllifi olduğu filmin aktyor heyətində Riki Uittle və Milo Ventimiglia da var.

“Deadline”a görə, “Land of Bad” ABŞ-da açılış həftəsində üç gün ərzində cəmi 1,85 milyon dollar qazana bilib. Filmin 4 gün ərzində ümumilikdə 2,2 milyon dollar qazanacağı gözlənilir.

Büdcəsi 18,5 milyon dollar olan film ümumi büdcənin yalnız 10 faizindən bir qədər çoxunu qazana bilib. Bu isə “Land of Bad”in ulduzu Russell Krounun ən pis kassa nəticələrindən biridir.

Tənqidçilər aksiya və triller istehsalının Rassel Krounun digər filmləri kimi uğurlu alınmayacağını qaçılmaz hesab edirlər.

59 yaşlı aktyorun “Thor: Love and Thunder”, “Man of Steel və Gladiator” kimi blokbaster filmləri sırasıyla 4375, 4207 və 2938 kinoteatrda göstərildiyi halda, “Land of Bad” yalnız 1330 kinoteatrda tamaşaçı ilə görüşüb.

Əslində, "Land of Bad" mindən çox kinoteatrda nümayiş olunan Russell Krou filmləri arasında ən pis açılışa sahib idi.

Krounun əvvəlki kasıb açılışları 1999-cu ildə açılış həftəsonunda 3,1 milyon dollar qazanan “Mystery Alyaska” və 2007-ci ildə 3,7 milyon dollar qazanan “A Good Year” olub.

Oxunma sayı 231