Saatlıda ər-arvad dəm qazından boğuldular

10:39 24.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Hafta.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakinləri - İbrəhim Hüseyn oğlu İsmayılov və Pəri Edil qızı İsmayılova yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.