Sabah MSK-nın iclası keçiriləcək

14:28 15.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə hafta.az-a MSK-dan bildirilib.

İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.