Şakira vergidən yayınmaqda ittiham olunur

19:49 27.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyalı müğənni Şakira 14,5 milyon avro gəlir vergisini ödəmədiyinə görə rəsmən mühakimə olunub.

Hafta.az bildirir ki, İspaniyada təxminən 15 milyon avro vergidən yayındığı üçün mühakimə olunan dünya şöhrətli müğənni Şakiranın 8 il həbsi istənilib.

Məhkəmə bu gün kolumbiyalı pop müğənni Şakiranın vergidən yayınma ittihamı ilə işini təsdiqləyib.
İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınma ittihamı ilə 8 il 2 ay həbs və cərimə oluna biləcəyini bildirib.

Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.

May ayında Barselona Məhkəməsi İspaniyada yaşadığı 2012-2014-cü illərdə qazandığı gəlirləri gizlədərək 14,5 milyon avroluq vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd etmiş və 6 fərqli ittihamla mühakimə olunmasına qərar vermişdi.

Oxunma sayı 1777