Sənət dostları aktrisanı son mənzilə yola salmağa gəlmədi

22:42 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, ötən gün "Kuzey Güney" serialındakı ana obrazı ilə yaddaşlarda qalan aktrisa Səmra Dinçer vəfat edib.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 56 yaşında ağciyər xərçəngindən dünyasını dəyişən aktrisa Ankarada dəfn edilib.

Səmranın dəfn mərasimində yalnız onun ailə üzvləri, qohumları və dostları iştirak edib. Onun sənət yoldaşlarının vida mərasiminə qatılmaması isə diqqət çəkib.