Yazını böyüt
Yazını kiçilt
Sərdar Ortaç Bursa Açıq Səhnədə təşkil edilən konsertdə pərəstişkarlarına "Bu mənim son turumdur. Bundan sonra konsert olmayacaq, məni telefonda və videolarda izləyəcəksiniz" deyib.
Hafta.az-ın yazdığına görə, səhnədə rəqqasların müşayiəti ilə mahnılarını oxuyan və pərəstişkarlarını həyəcanlandıran Ortaç, son günlər jurnaldan düşməyən açıqlamalarından sonra Bursa konsertində “Yeni ayrıldığıma görə bu mənim üçün yeni vəziyyətdir. Dul olduğum üçün subaylara, dullara mahnı oxuyacağam. Evli insanlar sizin nə etdiyinizə əhəmiyyət vermir. Evlilik çox gözəl şeydir, bunu bacarmadım. Qısqanıram, dəli kimi çatlayıram” deyib.