Səudiyyə Ərəbistanı Ümrə mövsümünün başladığını elan etdi

10:20 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Həcc ziyarətlərinin bitməsindən sonra Ümrə ziyarətləri üçün viza verməyə başladığını bildirib.

Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Həcc və Ümrə Nazirliyi iyulun 3-dən etibarən Ümrə ziyarətləri üçün elektron vizaların verilməsinə başlayıb.

Həcc və Ümrə Nazirliyinin müqəddəs torpaqları ziyarət edən müsəlmanların sayını artırmaq üçün göstərdiyi səylərə diqqət çəkən xəbərdə, ziyarəti asanlaşdırmaq üçün tətbiq edilən “Nusuk” proqramı ilə elektron viza müraciətlərinin edilə biləcəyi paylaşılıb.

Xəbərdə Məkkəyə Ümrə ziyarəti etmək və Mədinədə Peyğəmbər Məscidini ziyarət etmək üçün bütün ölkələrdən müraciət oluna biləcəyinə diqqət çəkilərək, Ümrə vizası almış şəxslərin iyulun 19-dan etibarən müqəddəs torpaqlara gələ biləcəyi qeyd olunub.