Şiraziçilərin Azərbaycanda nümayəndəsi var - İlahiyyatçı

17:24 09.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda heç bir dini qarşıdurma yoxdur və Londonda səfirliyə hücum edənlər öz istəklərini ölkəmizdə həyata keçirdə bilməzlər. 

Bunu hafta.az-a ilahiyyatçı Tural İrfan deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini tolerantlıq, multikulturalizm dəyərləri dövlət tərəfindən qorunur və təbliğ olunur.

“Bizim xalqımız tolerant xalqıdır. Çünki Azərbaycanda kifayət qədər başqa millətlərin, dinlərin nümayəndələri  yaşayır”.

T.İrfan hesab edir ki, biz dünyaya nümunə olacaq dini tolerantlığımızla öyünsək də, bununla kifayətlənmək olmaz və bu istiqamətdə aparılan maarifləndirici təbliğat genişlənməlidir.

 İlahiyyatçı bildirib ki, Azərbaycan 70 il sovet sistemində qalan, dinin represiyada olduğu bir dövlət olub.

“Biz hesab edirik ki, din Azərbaycana yeni gəlib. Lakin Azərbaycanın mövcud din modeli olmadığı üçün, dinimiz düzgün yayılmır. Şübhəsiz ki, din dövlətdən ayrı olsa da, dövlətin tövsiyə etdiyi, görmək istədiyi  dini mühit  ortaya qoyulmalıdır.  Dinin təbliğ olunması prosesində müəyyən boşluqlar olanda isə onu radikallar doldurmağa çalışır”.

T.İrfan vaxtilə Azərbaycanda qeyri-ənənəvi təriqətlərin bünövrəsinin qoyulmasına diqqət çəkib. Onun sözlərinə görə, Qərb bunu “dini azadlıqlar” adı altında müsəlman ölkələrinə təşviq etsə də, öz planları var. Və lazım gələndə o azlıqları qaldırıb öz maraqları üçün istifadə edir.

“Bu baxımdan Azərbaycanda radikal vəhabiliyin təməli qoyuldu.  İndi də “Şiraziçilər” deyilən bir dini qrup var ki, bu da vaxtilə Böyük Britaniya tərəfindən İrandan ayrılmış fars müştəhidin -Sadi Şirazinin başçılığı ilə yaradılıb.  Şirazi İranın özünün qondardığı saxta müxalifəti  də ola bilər. Çünki ideoloji cəhətdən İran hakimiyyəti ilə çəkici eyni yerə vururlar. Məsələn, Azərbaycanda müəyyən radikal İran yönümlü qruplar qalxan kimi Britaniyadakı Şiraziçilər də gedib səfirliyimizə hücum etdi.  Deməli, siyasi cəhətdən müəyyən maraqlarda üst-üstə düşməsələr də, əqidə, ideologiya, fars şovinizmi, keçmiş Sasani dəyərlərini dirçəltmək baxımından onlar eyni amaldadırlar”.

T.İrfan bildirib ki, Şiraziləri himayə edən Britaniya və qərb dairələridir.

“Onların fətvasına görə Britaniya kraliçası Əhli -Beytdəndir, yəni Fatmeyi -Zəhranın övladlarındandır. Onların bəyannaməsində var ki, mübarizələri qeyri dinlərə qarşı deyil, öz dinindən olub, özlərinin əqidəsində olmayanlara qarşıdır. Onlar şiələri ona görə tənqid edirlər ki,  sünnilərə qarşı mülayim davranırlar. Məsələn, onlar öz dindaşlarını İmam Hüseynin yad olunmasını normal şəkildə qeyd etmələrinə görə tənqid edirlər. Onlara  görə baş yarmamaq haramdır. İmam Hüseynin şəhadəti günü hər bir kəs başını yarmalıdır, hətta ölən şəhid sayılır. Bütün islam böyüklərini, şiyə aləmini pis ifadələrlə söyməklə özlərinə haqq qazandırırlar. Peyğəmbərin həyat yoldaşlarına belə çox təhqiramiz sözlər deyib onları zinakarlıqda ittiham edirlər”.

İlahiyyatçı bildirib ki, bunların amacı islam aləmində parçalanma yaratmaq və tolerant olan Azərbaycan kimi ölkələrdə qarışıqlıq yaratmaqdır.  Onun fikrincə, onlar İranı ona görə tənqid edirlər ki, sünnilərlə ittifaqdadır, Fələstində sünni müsəlmanlara kömək edir.

T.İrfan bildirib ki, Şiraziçilər daha radikal şəkildə Azərbaycan kimi tolerant ölkələrə sızıb, orda qarşıdurma, nifaq  yaratmaqla Qərbin maraqlarına xidmət edirlər. 

“Biz bunu tənqid edirik, amma unutmayaq ki, Qərbin səlibçilik təfəkkürü də hələ ki, davam edir”.

İlahiyyatçı hesab edir ki, Azərbaycanda dini, milli qarşıdurma ehtimalı yoxdur. Çünki Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları və digər strukturları  kifayət qədər səhih və düzgün fəaliyyət gösətririlər.

“Biz bunun nümunəsini 44 günlük müharibədə gördük. Gördük ki, həmin vaxtlar bütün təxribatların silahları Azərbaycana tuşlanmışdı.  Azərbaycanda bir təxribat da baş vermədi. Eyni zamanda  Azərbaycanda o təxribatlara alət ola biləcək kütlə də yoxdur.  Azərbaycan dövləti kifayət qədər güclüdür bu baş verə bilməz”.

Buna baxmayaraq ilahiyyatçı bildirib ki, o cür təxribatçıların Azərbaycanda toxumları var.  Onun sözlərinə görə, elə  edilməlidir ki, təxribat cəhdlərinə qədər hazırlanan proseslərin qarşısı alınsın.

“Məsələn, Qafqaz Müsəlmanları Ruhani İdarəsi niyə məscidlərdə axundalarını tənzimləyə bilməyib. Azərbaycanda Məscidlərin çoxunda axundlar Qum, İran təhsillidir və çoxları Antiazərbaycan  təbliğatı aparır. Bu gün divarlara o bayraqların şəklini çəkənlər Ruhani İdarəsinin icazəsi ilə gedib  Qumda təhsil almış adamlardır. Dini Qurumlarla Dövlət Komitəsi faliyyətini daha da gücləndirməlidir və onlara səlahiyyətlər verilməlidir. Təməli  boşluqdan qoyulmuş bu radikallar aradan görtürülməldir. Məsələn,  Londonda o hadisəni törədən Şiraziçiləri Azərbayacanda nümayəndəsi var.   Onlar təqiyə sisteminə əsaslanırlar. Bu da o deməkdir ki, illərlə əqidəsini gizlədib, lazım gələndə ortaya çıxırlar”.

Oxunma sayı 234