Siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? - Musa Qasımlı

11:24 19.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Yeni Azərbaycan Partiyasının qərarı millətimizin bu gününə, gələcəyinə hesablanmış qərardır.  Hakimiyyətə gəlməyin yolu seçkidir. Azərbaycanın gələcəyi isə məhz İlham Əliyevlə bağlıdır”.

Hafta.az xəbər verir ki, bunu deputat Musa Qasımlı Milli Məclisin bugünkü iclasında bildirib.

M.Qasımlı qeyd edib ki, Prezident İlham Əliyev uzun əsrlərdən bəri bu millətin üstündəki ləkəni silən, millətin arzularını gerçəkləşdirən zəmanəmizin dövlət, siyasi xadimidir.

“Siyasi partiyaların hakimiyyətə gələn yolu seçkidir. Düzdür, seçkini boykot edib-etməmək siyasi partiyanın hüququdur. Amma əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir”.