Soyğunçu makiyaj salonunu basdı, heç kim ona məhəl qoymadı

12:00 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Atlanta ştatında soyğunçu makiyaj salonuna basqın edərək içəridəki insanlardan pul tələb edib.

Hafta.az-ın "İnsider"-ə istinadən yazdığına görə, iyulun 3-də baş verən hadisə zamanı müştərilərin və işçilərin məhəl qoymadığı soyğunçu mağazadan əliboş çıxmalı olub.

Atlanta polisinin yaydığı videoda naməlum şəxs "Nail First" adlı mağazaya girir. Şübhəli silahı gizlədirmiş kimi əlini çantasında saxlayır. Ətrafdakılar isə həmin quldurun "ciblərinizi boşaldın!” deyə qışqırmasına əhəmiyyət vermirlər.

Videoda da göründüyü kimi, soyğunçu nə qədər qışqırsa da, ona məhəl qoymayan müştərilərdən biri telefonda danışır.

Nəhayət, heç nə əldə edə bilməyəcəyini görən soyğunçu zalı tərk edir.

Polis qrupları, gümüşü rəngli avtomobillə qaçan şübhəlinin şəxsiyyətinin müəyyənləşdirmək üçün işlərini davam etdirir. Hətta onun tutulmasına kömək göstərəcək məlumatı verənlərə 2 min dollara qədər pul mükafatı ayrılıb.