Şuşada 45 abidəyə məlumat lövhəsi quraşdırılıb

13:47 28.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şuşada abidələrin elektron xəritələri hazırlanıb”.

Hafta.az-ın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O, Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırıldığını bildirib:

“Ümumilikdə isə il ərzində ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib”.