Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir

13:30 10.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və yüksək səviyyəli xarici rəsmilər iştirak edir.

Tədbir zamanı nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanatla çıxış etməsi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər