Taliban Əfqanıstandakı gözəllik salonlarının fəaliyyətini yasaqladı

11:40 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslama zidd hesab edildiyi üçün gözəllik salonları bağlanıb. 

Hafta.az-ın MepaNews-a istinadən yazdığına görə, islam Əmirliyinin Yaxşılığı Əmretmə və Pislikdən Çəkindirmə Nazirliyi, ölkə ərazisindəki gözəllik salonlarına qoyulan qadağa ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Məhəmməd Sadıq Akifin verdiyi açıqlamada gözəllik salonlarının bağlanmasına səbəb kimi İslam dininə zidd əməllər göstərilib. Akif deyib ki, nikahlarda gözəllik salonlarının xərcləri bəy tərəfindən ödənilir və bu, nikahları çətinləşdirir.

Nazirliyin sözçüsü dəstəmazın qarşısını almaq üçün qaşkəsmə, əsl saçdan qaynaq, makiyaj kimi prosedurları “islama qarşı əməl" kimi qiymətləndirib.