Tanınmış reperə cinayət işi açıldı

13:25 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada "xarici agent" siyahısına daxil edilən məşhur reper Face (İvan Dremin) barəsində rəsmi şəkildə cinayət işi qaldırılıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, reperlə bağlı ittiham sənədləri artıq Ufa məhkəməsinə təqdim edilib.

Qeyd olunur ki, Face 2022-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi tanınıb. Hazırda ölkədən kənarda yaşayan ifaçı haqqında federal axtarış elan olunub.

Mətbuatda yazılır ki, o, 2022-ci ildən bəri sosial şəbəkə hesablarında "xarici agent" statusunu göstərmədiyinə görə dəfələrlə inzibati cərimələr alıb. İndi isə reperin bu tələbləri sistematik şəkildə pozması cinayət məsuliyyəti ilə nəticələnib.