Tarixin ən gənc "Qremmi" namizədi oldu

14:36 12.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Viktoriya Monenin 2 yaşlı qızı Hazel anası ilə birlikdə "Hollywood" mahnısına görə "Ənənəvi R&B Performansı" kateqoriyasında "Qremmi" mükafatına namizəd olub.

 

Axşam.az xəbər verir ki, sənətçinin övladı yaşı ilə tarixin ən gənc "Qremmi" namizədinə çevrilib. Viktoriya "Billboard"a müsahibəsində bunları deyib:

"Onunla fəxr edirəm. Hazel nə baş verdiyini hələ başa düşmür. bir növ çaxnaşma içindədir, çünki hamımızın sevinərək niyə qışqırdığımızı anlamır. Bilirəm ki, böyüyəndə ona bunu başa sala biləcəyəm. Artıq Hazelin "Qremmi" üçün geyimi haqqında düşünürəm".

Qeyd edək ki, daha əvvəl bu rekord “The Peasall Sisters” qrupunun səkkiz yaşlı üzvü Lea Pizzola məxsus idi. 

Viktoria Mone özü "Ən yaxşı yeni sənətçi" və "Ən yaxşı R&B albomu" daxil olmaqla yeddi kateqoriyada təmsil olunur.