Yazını böyüt
Yazını kiçilt
7 ildən sonra İstanbulda səhnəyə çıxan türk pop musiqisinin ən güclü adlarından biri olan Tarkan tamaşaçılarına sürpriz edib.
Hafta.az xəbər verir ki, müğənni səhnəyə həmkarı Sibel Canı dəvət edib.
İfaçılar səhnədə “Çakmak çakmak” mahnısını oxuyaraq rəqs ediblər. Onların səhnədəki ifasına məşhur komediya ustası Ata Demirer də qoşulub.
Üçlük birlikdə Tarkanın məşhur ifalarından olan “Gül döktüm yollarına” mahnısını oxuyublar.
Onların səhnə performansı konsertlə yanaşı sosial mediada da maraqla qarşılanıb.