Mayın 4-də keçirilən seçkilərdən sonrakı 7 ay ərzində Türkiyə Böyük Millət Məclisində (TBMM) mühüm dəyişikliklər baş verib. Seçilmiş 600 deputatdan 61-i müxtəlif səbəblərə və partiyalar arasında keçidlərə görə istefa verib.
Hafta.az-ın yazdığına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahıları üzrə seçilən 39 deputatdan 38-i istefa verib. Bu istefalar nəticəsində partiyada qalan tək ad CHP Ərzincan Millət vəkili Mustafa Sarıgüldür. CHP-dən ayrılan millət vəkillərindən 15-i Demokratiya və Tərəqqi Partiyasına, 10-u Gələcək Partiyasına, 10-u Səadət Partiyasına, 3-ü isə Demokrat Partiyasına keçib.
CHP-dən Gələcək Partiyasına keçən 10 millət vəkili daha sonra Səadət Partiyasına keçərək TBMM-də qrup yaradıb. Lakin Səadət Partiyasının sədr müavini və Kocaeli millət vəkili Həsən Bitməzin vəfatından sonra qrup dağılıb. Bunun ardınca CHP Kütahya Millət vəkili Əli Fazıl Kasap Səadət Partiyasına keçib.
Yaşıl Sol Partiyasının siyahılarından seçilən iki millət vəkili EMEP-ə keçib. Eyni siyahıdan seçilən iki deputat Demokratik Regionlar Partiyasına daxil olub.
İYİ Partiya Əskişəhər Millət vəkili Nəbi Hatipoğlu partiyasından istefa verərək AKP-yə üzv olub. İYİ Partiyanın İstanbul və Ankara millət vəkilləri Ayşə Sibel Yanıköməroğlu və Adnan Bekər, İstanbul millət vəkili Səlim Ensarioğlu müstəqil olaraq TBMM-də olarkən, Sakarya millət vəkili Ümit Dikbayır partiyadan çıxarıldıqdan sonra müstəqil olaraq vəzifəsini davam etdirib.
AKP siyahılarından seçilən İstanbul, Qaziantep, Mersin və Batman millət vəkilləri Zəkəriyyə Yapıcıoğlu, Şahzadə Dəmir, Faruk Dinç və Sərkan Ramalı HUDA-Par-a keçib. Demokratik Sol Partiyasının (DSP) sədri və İstanbul millət vəkili Öndər Ağsakal partiyasında qalmağı seçib.