TƏBİB-də ona yeni vəzifə verildi

16:11 13.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub.

Hafta.az xəbər verir ki, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib.

O bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətini başa vurduğunu açıqlayıb. Elnur Hidayətoğlu isə bu vaxta qədər bu departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.