Təhsil kreditlərindən özəl universitetlərin tələbələri də yararlanıb

12:39 25.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil kreditlərindən ən çox yararlanan ali təhsil müəssisələri arasında özəl universitetlər də yer alır.

Hafta.az xəbər verir ki, bunu TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Qərb Universiteti və digər özəl ali təhsil müəssisələrindən də kredit müraciətləri və rəsmiləşdirmələr həyata keçirilib.