Türk aktyor intim videoları ilə şantaj olundu

11:15 12.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur türk aktyor Kubilay Aka şantaj olunaraq pulu mənimsənilib.

Hafta.az olay-a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğuna müraciət edən aktyor özü məlumat verib.

Hadisə ilk olaraq aprel ayında cərəyan edib. Belə ki, naməlum şəxs tərəfindən Kubilaya intim videoları göndərilib və bank hesabına 40 min dollar (təxmini 68  min manat) ödəniş etməsə, sözügedən görüntülərin yayılacağı bildirilib.

Karyerasına xələl gələcəyindən qorxan Aka məcbur qalaraq istənilən məbləği ödəyib.


Bir neçə gün öncə isə aktyor başqa bir şəxs tərəfindən yenidən şantaj olunub. Bu səfər 60 min dollar(təxmini 102 min manat) tələb olunub.

Kubilay ikinci dəfə şantaja boyun əyməyib və polisə müraciət edib.

Hazırda məsələ ilə bağlı cinayət işi açılaraq araşdırma başladılıb.

Oxunma sayı 1623