Türkiyə dünyanı aclıqdan qurtardı: İLK GƏMİ BU SƏHƏR ODESSADAN YOLA ÇIXDI

10:20 01.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynadan taxıl məhsulları daşıyan ilk gəmi bu gün yerli vaxtla saat 08.30-da Odessa limanından ayrılıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında deyilir ki, qarğıdalı yüklənmiş "Razoni" adlı Syerra Leone bayraqlı quru yük gəmisi Livana gedəcək. "22 iyul 2022-ci ildə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış "Taxıl və qida məhsullarının Ukrayna limanlarından təhlükəsiz nəqli haqda" sənədə uyğun olaraq bu ilk gəmi digər yük gəmiləri üçün də müəyyənləşdirilmiş dəhliz vasitəsilə öz yükünü rahat şəkildə daşıyacaq", - nazirlik bildirib. 

Türkiyənin Milli Müdafiə Nazirliyi qeyd edib ki, sözügedən qarğıdalı daşıyan gəmi sabah İstanbulda olacaq. 

"Razoni" adlı gəmi Livanın Tripoli limanına getmək üçün Odessa limanından yola çıxıb. Gəminin 2 aqustda İstanbulda olması gözlənilir. Gəmi İstanbulda aparılacaq xüsusi yoxlamalardan sonra Livan istiqamətində hərəkət edəcək", - məlumatda qeyd olunur.

Siyasət rubrikasından digər xəbərlər