Türkiyə - Ukrayna dostluğuna qarşı Rusiyadan Krım təxribatı

14:28 04.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür ki, Rusiya mətbuatı guya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımı Türkiyənin ərazisi hesab etməsi barədə feyk xəbər yayır. Bu xəbər rəsmi Moskvanın təsiri altındakı digər nəşrlər tərəfindən də təşviq olunmaqdadır. Bəs bu həqiqətdirmi?

Hadisə bu cür baş verib: öncə Rusiya mediası Ukraynanın Türkiyəni “anti-Krım ittifaqına” “çəkməsi” barədə xəbərlər yaymağa başladı. Bu da onun nəticəsidir ki, Türkiyə hökuməti yarımadanın işğaldan azad edilməsi üzrə Krım platforması çərçivəsində Ukrayna hökuməti ilə əməkdaşlıq etməyə hazır olması barədə bəyanat yaymışdı. Yeri gəlmişkən, sonuncu həqiqətdir. Daha sonra bir sıra media-resursları bildirmişdi ki, Türkiyə Ukrayna ilə sırf “Rusiyadan intiqam almaq” və “Kremli qəzəbləndirmək” üçün əməkdaşlıq edir. Rusiya ekspertlərinin sözlərinə görə isə - “həqiqətdə Ankara guya Krımın Ukrayna statusunu “tanımır”, “bu ərazini özününkü hesab edir” və regionu Türkiyənin tərkibinə qaytarmağı xəyal edir. Bu kimi materialları Qazeta.ru, Ukrayna.ru, RİA Novosti, MK.ru, RİA Krım və sair yayınlayıb.

Həqiqəti anlamaq üçün feyk xəbərin ilkin mənbəyini tapmaq kifayətdir. Bu da “Moskovskiy komsomolets”dir.

Beləliklə, Mixail Rostovski məqaləsində, Türkiyə mediasına yayınlanmış belə bir feyk xəbərə əsaslanır ki, guya Erdoğan Krım Ukrayna və Rusiyanın deyil, məhz Türkiyənin olduğunu hesab edir. Daha sonra, Türkiyənin keçmiş sovet ölkələri ilə münasibətində hipotetik strategiyası mövzusunda fikir söyləmiş məqalə müəllifinin bu “məlumatı” “doğru fakt” kimi Rusiya mediasında yayılmağa başladı.

Yeri gəlmişkən, vəziyyət feyk xəbərlərin formalaşması nöqteyi-nəzərdən çox səciyyəvidir. Rusiyalı jurnalist həqiqətə uyğunluq məqsədilə “Haberler”dən sitat gətirir (19.10 tarixli dərc), lakin sitatda Ərdoğanın bəyanatı yoxdur, mənbəyə istinad olmadan jurnalistin nəzər nöqtəsi qeyd edilir. Bununla belə, bu sitat türk müxbirə də deyil, rusiyalı jurnalistə məxsusdur. Türk nəşri elə həmin “Moskovskiy komsomolets”dən sitat gətirib (17.10 tarixli dərc) .

Reallıqda hər şey tamam başqadır. Türkiyə dəfələrlə bildirib ki, Krımın Rusiya tərəfindən işğalını dəstəkləmir və Ukraynanın ərazi bütövlüyünün tərəfdarıdır, Ukrayna yarımadasına qarşı heç bir iddiası yoxdur. Bundan əlavə, Türkiyə rəhbərliyi dəfələrdə Krımda Rusiya tərəfindən kütləvi şəkildə hüquqları pozulan Krım tatarlarına yardım edib.

Rusiya mediasındakı manipulyasiya materiallarını, həmçinin, Ukrayna tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına və Rusiyanın sistemli dezinformasiyaya qarşı mübarizəyə istiqamətlənmiş “Krım platforması” beynəlxalq meydançasının yaradılması ehtimalı haqqında məlumata verilən reaksiya kimi də dəyərləndirmək olar. Onun əsas məqsədi “daimi beynəlxalq diqqət fokusunda Krımın işğalının fəsadlarının dəstəklənməsi” ola bilər. Platforma bir neçə dövlət başçısı, xarici işlər nazirləri, parlament və ekspertlər səviyyəsində işləyəcək.

Bu kimi fəaliyyətin nəticəsi 2021-ci ildə platforma iştirakçılarının bütün səviyyədə qatılması ilə “Krım sammitinin” keçirilməsi ola bilər. Bu sammit zamanı “Rusiyanın Krım yarımadasının işğalını qanuniləşdirmək cəhdlərinin tanınmaması üzrə beynəlxalq siyasətin gücləndirilməsi” məsələsinin müzakirə olunması planlaşdırılır. Bu da Qara və Azov dənizlərinin Rusiya tərəfindən hərbiləşdirilməsi nəticəsində artan təhdidlərə daha operativ reaksiyanın verilməsi üçün əlavə imkanlar yaradacaq.

Görünür ki, məhz bu Rusiyanın xoşuna gəlmir. Çünki müzakirələr zamanı həm də Rusiya tərəfindən yarımadada törədilən çoxsaylı qanun pozuntuları məsələsinə də toxunulacaq. Bu səbəbdən, Moskva feyk xəbərlər vasitəsilə Kiyevlə Ankara arasında ehtimal olunan strateji tərəfdaşlığı pozmağa cəhd edir. Alınacaqmı? Çətin ki...