Yazını böyüt
Yazını kiçilt
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 35 nəfər vəfat edib.
Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 186 226 nəfər test edilib, 6 986 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 8 825 nəfər sağalıb.