TÜİK-in açıqlamasına görə, Türkiyə üzrə doğuş zamanı gözlənilən ömür uzunluğu ümumilikdə 77,5 il olaraq müəyyən edilib. Hansı ki, bu rəqəm 2019-2021-ci illər üçün 77,7 il olaraq hesablanıb.
Hafta.az-ın yazdığına görə, doğuş zamanı gözlənilən ömür uzunluğu kişilər üçün 74,8 il, qadınlar üçün isə 80,3 il müəyyən edilib. Qadınlar ümumiyyətlə kişilərdən daha uzun yaşasa da, doğuş zamanı gözlənilən ömür fərqi 5,5 ilə qədərdir.
Türkiyədə 30 yaşlı adam üçün orta qalan ömür uzunluğu 48,9 il, kişilər üçün 46,3 il, qadınlar üçün isə 51,5 ildir. Bu yaş üçün kişi və qadınlar arasında gözlənilən ömür fərqi 5,2 il hesablanıb.
Türkiyədə 50 yaşında bir insanın qalan orta ömrü 29,8 il - kişilər üçün 27,4, qadınlar üçün isə 32,2 ildir.
Türkiyədə 65 yaşlı bir insanın orta qalan ömür uzunluğu 17,1 il olaraq qeyd edilərkən, bu müddət kişilər üçün 15,3, qadınlar üçün 18,8 ildir. 65 yaşlı qadınların kişilərdən orta hesabla 3,5 il daha çox yaşayacağı gözlənilir.