Türkiyənin Samsun şəhərindən Azərbaycana bir TIR dolusu dava-dərman və tibbi vasitələrdən ibarət humanitar yardım yola salınıb.
Hafta.az-ın yazdığına görə, yardımın yolasalınma tədbirində çıxış edən Samsun vilayəti valisi Zülkif Dağlı deyib ki, yola salacaqları yardımın çox böyük və fərqli əhəmiyyəti var. Çünki bu yardım TIR-ı qurtuluş savaşının başladığı bir şəhərdən qurtuluşunu qeyd edən Azərbaycan torpaqlarına göndərilir.

Cərrahi əl alətləri başda olmaqla tibbi məhsullar istehsalında öz yeri olan Samsunun valilik binasının qarşısında təşkil edilən yolasalma mərasimində Samsun Böyükşəhər Bələdiyyəsinin, Medikal Sənaye Toplama Dərnəyinin üzvü olan firmaların və Anadolu Aslanları İş Adamları Dərnəyinin Samsun şöbəsinin nümayəndələri iştirak ediblər.
Azərbaycana – Müdafiə Nazirliyinə çatdırmaq üçün yola salınan, üstünə Azərbaycan və Türkiyə türkcələrində "Qarabağ Azərbaycanındır" yazılan TIR-ın yolasalma mərasimində çıxış edən Samsun valisi Zülkif Dağlı deyib ki, rəhbərlik etdiyi vilayətin tibb sənayesi böyük istehsal gücünə sahibdir. “MEDİKÜM başda olmaqla, burada 1 TIR məhsulu toplayıb göndərək dedik. Hiss edirik ki, bu gün qardaş Azərbaycanın bu TIR-a yüklədiyimiz məhsullara ehtiyacı böyükdür. Qurtuluşun başladığı şəhərdən, yenicə qurtulmuş olan Qarabağa tibbi vasitələr, dava-dərman göndəririk. Böyükşəhər Bələdiyyəsi lojistik baxımdan bu xoş missiyaya öz töhfəsini verib. Hesab edirəm ki, qardaş ölkəmizə, Samsun vilayəti olaraq, mənəvi borcumuzu ödəməliyik. Bu xoş missiyanı tamamladıqları üçün bütün sənayeçilirəmizə təşəkkür edirəm. Samsuna elə bu yaraşırdı. Azərbaycandakı dostlarımız sıxıntı çəkməsinlər, kiçik bir tibbi çətinliklər üzündən oradakı övladlarımız, böyüklərimiz sıxıntı çəkməsinlər", - vali Dağlı deyib.

Samsun Böyükşəhər Bələdiyyəsinin başqanı Mustafa Dəmir çıxışında bildirib ki, Qarabağ 30 illik əsarətdən sonra yenidən Azərbaycanın tərkibinə qayıdıb. "Bu gün Samsunda gözəl bir birlik örnəyini yaşayırıq. Can Azərbaycan, tək millət, iki dövlət, qardaş ölkəmiz Azərbaycan, Qarabağda 30 ildir davam edən əsarəti qəhrəmancasına döyüşərək sona çatdırdı, torpaqları azad etdi. Biz də bununla qürur duyduq, sevinib xoşbəxt olduq. Samsun xüsusilə cərrahi alətlər, dərman sənayesi və tibbi avadanlıq istehsalı sahəsində Türkiyənin ən vacib mərkəzlərindəndir. Bu baxımdan edilən yardımlar çox yerində olar. Böyükşəhər Bələdiyyəsi olaraq MEDİKÜM və ASKON-un üzvü olan firmalardan toplanan yardım məhsullarını göndərməkdəyik. Bütün bunlar üçün MEDİKÜM və ASKON-un rəhbərlərinə, bütün istehsalçılara təşəkkür edirəm. Samsun hər cür fəlakətdə, müharibədə, özəl durumlarda dünyanın hər yerinə dəstək verməyə çalışıb", - M.Dəmir deyib.

Daha sonra çıxış edən ASKON-un nümayəndəsi Əhməd Alp Doğru, MEDİKÜM-un sədri Əhməd Aydəmir də humanitar yardımdan söz açıb, fikirlərini bildiriblər.
Daha sonra tıbbi avadanlıqla yüklü TIR yola salınıb.