Türkiyədən yüngül yerüstü hücum təyyarəsi HÜRKUŞ və ANKA pilotsuz uçuş aparatı (PUA) Afrika ölkəsi Çada çatdırılıb.
Hafta.az-ın yazdığına görə, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən verilən açıqlamada, "Çad Hərbi Hava Qüvvələrinə 3 HÜRKUŞ və 2 ANKA təslim etdik" deyilib.
Çaddakı hərbi xunta administrasiyasının lideri Məhəmməd İdris Debi paytaxt Enceminedəki Adji Kossei Hava Bazasını ziyarət edərək, bazada yerləşdirilən HÜRKUŞ və ANKA İHA-ları yoxlayıb.
İctimaiyyətlə paylaşılan görüntülərdə ROKETSAN tərəfindən hazırlanmış MAM-L sursatları və CİRİT raketi də görülüb.
HÜRKUŞ tandem oturacaqlı, alçaq qanadlı, tək mühərrikli, turbovintli təlim təyyarəsi, əsas təlimdən döyüş təyyarəsinə çevrilmə ilə bütün səviyyələrində istifadə ediləcək yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi kimi üstün performans göstərmək üçün nəzərdə tutulub. Bu təyyarələrlə çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək mümkündür.
İnkişaf etmiş orta hündürlükdə uzunmüddətli pilotsuz uçuş aparatı olan ANKA yüksək texnologiyalı yükləri ilə bütün hava kəşfiyyatı, hədəf aşkarlama/identifikasiya və kəşfiyyat missiyalarında gecə-gündüz əməliyyatları yerinə yetirə bilir.
30 saat havada qala bilən ANKA İHA 250 kilometr uçuş məsafəsinə malikdir.