Türkiyənin hakim partiyası azərbaycanlıların soyqırımını bəşər tarixinin qara ləkəsi adlandırıb

16:13 31.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə bəşər tarixində qara ləkəyə çevrilmiş faciəli hadisələri dərin kədərlə xatırlayırıq. 

Hafta.az xəbər verir ki, bu sözlər Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini, professor Kürşad Zorlunun paylaşımında yer alıb.

“Bu gün bir çox bölgədə, xüsusən də Bakı, Şamaxı və Qubada qətlə yetirilən qardaş və bacıların xatirəsini ehtiramla yad edirik. Bu faciə millətin ümumi yaddaşında silinməz iz buraxıb, birliyin, həmrəyliyin və qardaşlığın möhkəmləndirilməsinə təkan verib”, - deyə türk siyasətçi Türkiyə və Azərbaycan bayraqları ilə müşayiət olunan paylaşımında yazıb.