Türkiyənin Suriyadakı səfiri və Azərbaycanın müvəqqəti işlər vəkili bölgədəki prosesləri müzakirə edib

17:41 15.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz və Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov arasında görüş keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Nuh Yılmaz X-da paylaşım edib.

Qeyd edilib ki, görüş zamanı bölgədəki siyasi və hərbi proseslər müzakirə olunub.