Ucarda iki nəfər dəm qazından zəhərləndi

22:03 31.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabildir./apa/