Uill Smit 10 il Oskarda iştirak edə bilməyəcək

09:38 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə “Oskar” mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə qadağa qoyub.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid Rubinlə Don Hudson açıqlama verib.

Bildirilib ki, 94-cü “Oskar” mükafatının təqdimatı mərasimi 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi: “Lakin Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranış bu məqama kölgə saldı”.

Xatırladaq ki, “Oskar”da Kris Rok U.Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti “Əsgər Ceyn”lə müqayisə edib. Buna görə U.Smit K.Roku şillələyib, sonra isə üzr istəyib və haqlı olmadığını deyib.

Oxunma sayı 104