Ukrayna XİN Azərbaycan konsulluğunun atəşə tutulmasını pislədi

23:22 07.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik".

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Yekaterina Zelenko bildirib.

"Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar", - deyə Y.Zelenko bildirib.