Rusiya ordusuna qarşı müqavimətdə snayper dəstəsi Ukrayna qüvvələrinin rus əsgərlərinə qarşı ən etibarlı bölmələrindən biridir. Rusiya ordusuna ağır itkilər verdiyi bildirilən ukraynalı snayper ilk dəfə üzə çıxıb. Şəxsiyyəti açıqlanmayan və “Kömür” kod adı ilə təqdim edilən snayper milli qəhrəman elan edilib.
Hafta.az xəbər verir ki, fevralın 24-də başlayan müharibə tam sürətlə davam edərkən, dünya “Kömür” kimi tanınan ukraynalı snayperdən danışır.
Əsl adı hələ açıqlanmayan sirli snayperi dünyaya Ukrayna silahlı qüvvələri təqdim edib.
Müharibənin ən qaynar bölgələrində xidmət etdiyi bildirilən “Kömür”lə bağlı məlum olan yeganə şey onun 2017-ci ildə Ukrayna donanmasına qoşulması və ölkənin şərqində Donetsk və Luqanskda rusiyapərəst separatçılara qarşı döyüşməsidir.
Şəxsiyyətini qorumaq üçün üzü qismən fotoşəkillərlə örtülən 'Kömür'ün rus ordusu arasında pis reputasiyaya sahib olduğu bildirilir.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Ukrayna snayperləri Rusiya ordusuna ağır itkilər verir.
Qadın snayper İkinci Dünya Müharibəsində 309 nasisti qətlə yetirən əfsanəvi ukraynalı snayper Lyudmila Pavliçenko ilə müqayisə edilir.
Pavliçenko bu günə qədər ən uğurlu qadın snayper hesab olunur.