Ukraynadakı vəziyyət qorxutdu: Rumıniya 300 tank alacaq

10:08 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra müdafiə qabiliyyətini gücləndirməyə çaşlayan Rumıniya köhnəlmiş TR-85M1 tanklarının dəyişdirilməsi üçün start verilmiş satınalma proqramı çərçivəsində 300 əsas döyüş tankı almağı planlaşdırır.

Hafta.az-ın yazdığına görə, "Əsas Döyüş Tankı" proqramına başlayan Rumıniya Müdafiə Nazirliyi, ilk növbədə ABŞ istehsalı olan 54 ədəd M1A2 Abrams tankının alınması üçün satınalma prosesinə start verib. Müvafiq satınalma G2G State-to-State proseduru çərçivəsində həyata keçiriləcək və silah-sursat və təlim gücləndiriciləri də daxil olmaqla, ABŞ Ordusunun inventarında M1A2 variantında təkmilləşdirilmiş 54 Abrams tankı və istifadədə olan 12 Abrams tankı alacaq.

Rumıniyadakı Baş Silahlar İdarəsinin rəisi general-mayor Teodor İncicaş verdiyi açıqlamada məqsədlərinin təkcə 5 tank batalyonunu təchiz etmək deyil, ümumilikdə 300 tank almaq olduğunu bildirib.

Alınacaq tankların yalnız Abrams ilə məhdudlaşmayacağını ifadə edən İnciçaş, tank modeli ilə bağlı müvafiq qərarın quru qoşunları səlahiyyətliləri tərəfindən veriləcəyini vurğulayıb.

Bu açıqlama Rumıniya müdafiə orqanlarının 2023-cü ilin mart ayında ABŞ səlahiyyətlilərinə çatdırdığı 200 Abrams tankının alınması ilə bağlı niyyət məktubunu xatırlatsa da, proqram çərçivəsində müxtəlif ölkələrdən tanklar alına biləcəyini göstərir.

Rumıniyanın Müdafiə Nazirliyindən alınan məlumata görə, ordu rəsmiləri Almaniyanın Leopard 2A8 və Cənubi Koreyanın K-2 Black Panther tanklarının, həmçinin ABŞ-ın Abrams tankının alınması ilə bağlı məsləhətləşmələr aparır. Yəni Rumıniyanın baş naziri Marsel Çiolakunun bu yaxınlarda Berlinə səfəri zamanı alman silah istehsalçıları ilə görüşü onu göstərir ki, Leopard 2A8 tankı namizədlər sırasındadır. 

Bundan başqa, Rumıniya və Cənubi Koreya arasında ilk müdafiə əməkdaşlığı təması tankların tədarükü ilə bağlı deyil. Koreyanın Rumıniyadakı səfirliyi tərəfindən 2023-cü ildə təşkil edilən mühüm strateji tədbir olan “2023 Koreya-Rumıniya Müdafiə Sənayesi Əməkdaşlıq Konfransı”nda Cənubi Koreya məhsulları Rumıniya müdafiə rəsmilərinə ətraflı şəkildə təqdim edilib. Bu hadisədən qısa müddət sonra Rumıniya Cənubi Koreyadan 90 ədəd K9 Thunder 155 mm özüyeriyən haubitsa sistemlərinin alınmasına dair razılaşmanı planlaşdırmağa başladı. Bu çərçivədə Rumıniya Müdafiə Nazirliyinin yaxın vaxtlarda ABŞ, Almaniya və Cənubi Koreya rəsmiləri ilə ətraflı danışıqlara başlaması gözlənilir.